"Xəbər bizi olduqca kədərləndirdi..." - Prezident İlham Əliyev Sisiyə məktub göndərdi

img

24-11-2017 [19:45]


Prezident İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

 Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, 

Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik. 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA