Hərbi Hava Qüvvələrinin döyüş gücü yoxlanıldı: sürətli hava hədəfləri məhv edildi - FOTO

img

24-11-2017 [19:41]


Azərbaycan Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub. 

Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin planlaşdırılması və hazırlığı üzrə işlər aparılıb:

"Heyətlərin bacarığı və hərbi texnikanın imkanları döyüş təyyarələrinin uçuşlarının təqlid edilməsi və hava hədəflərinə qarşı döyüş işinin aparılması ilə yoxlanılıb. Bölmələr dağlıq relyef və mürəkkəb radioelektron maneə şəraitində sürətli hava hədəflərini vaxtında aşkarlayaraq dəqiq atəşlə məhv edib.

Təlimlər bitdikdən sonra bölmələr daimi yerləşmə məntəqələrinə qayıdıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA