"Tramp YPG ilə bağlı Ərdoğana konkret söz verdi" - Çavuşoğlundan iki liderin görüşü haqda ilk açıqlama

img

24-11-2017 [19:27]


Xəbər verildiyi kimi, bu gün ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Mia.az xəbər verir ki, görüşdə müzakirə olunan məsələlərlə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp Ərdoğana konkret vədlər verib: "Cənab Tramp qəti şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah verilməyəcək. O, buna daha əvvəldən qərar verilməli olduğunu da konkret ifadə etdi. Bu, bizi çox məmnun etdi".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA