General əmr verdi - “Qoca”ya görə həbs edilən polkovnikin yerinə təyinat

img

24-11-2017 [15:11]


Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

Mia.az ucnoqta.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general–mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib

Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı Bəhruz Abdullayev bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA