Bu məmurlar gəlir vergisindən azad edilir - Layihə Milli Məclisdə

img

24-11-2017 [13:47]


Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir.

Bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin rəsmi məşğulluğundan olan gəlir” də əlavə edilir.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA