Havanın temperaturu 39 dərəcəyə yüksələcək

img

30-08-2010 [01:36]


Bakıda və Abşeron yarımadasında bu gün hava dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorolohi Proqnozlar Bürosundan verilən məlmata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 32-35?, axşam 25-27?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25? olacaq. Avqustun 31-də hava günəşli olacaq, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24?, gündüz 34-38?, Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 25-26?olacağı gözlənilir. Sentyabrın 1-də hava az buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25?, gündüz 32-36? olacaq. Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz olacaq Cənub küləyi axşam şimal-qərb küləyi küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 30-33? olacaq. Azərbaycanın rayonlarında avqustun 31-də hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 34-39?, dağlarda gecə 13-18?, gündüz 25-30? olacaq. Sentyabrın 01-02-də hava əsasən yağmursuz olacaq, cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 32-36?, dağlarda gecə 12-17?, gündüz 22-26? olacaq. Tibbi-meteoroloji proqnoz: avqustun 31-də Abşeron yarımadasında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA