Milli Məclis hökumətə dekabrın 1-dək vaxt verdi

img

23-11-2017 [13:55]


Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək.

Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında məlumat verib.

"Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin".

Maliyyə naziri Samir Şərifov da bildirib ki, deputatların təklifləri hökumətə çatdırılacaq: "Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndiriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA