23-11-2017 [12:39]
Respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu tipli cihazların satışı ilə məşğul olan 3 nəfər - Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar. Adları çəkilən şəxslər antiradarların satışı ilə məşğul olduqlarını etiraf ediblər:
"Qeyd edək ki, avtomobil yollarında quraşdırılan radarlar sürücülərin sürət həddini aşmalarının qarşısını alan ölçü cihazlarıdır. Avtomobilə quraşdırılan antiradarlar isə sürücünün müəyyən olunmuş sürət həddini aşmasına şərait yaradır ki, bununla da həmin sürücü özünün və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmış olur.
Sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə süni əngəl yaradan cihazlardan istifadəyə görə sürücü məsuliyyət daşıyır. Bu cür avadanlıqlardan istifadə edən sürücülər İnzibati Xətəlar Məcəlləsinin 342.9-cu maddəsinin tələbi ilə həmin antiradar cihazları müsadirə olunmaqla 500 manatdan 800 manata qədər cərimə edilirlər.
Sürücülərə antiradarların satışı ilə məşğul olan bəzi işbazların toruna düşməmək üçün sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan cihazları almamaq tövsiyyə olunur".



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi