"Fransa Dağlıq Qarabağı tanımır" - Fransa XİN

img

23-11-2017 [10:34]


"Fransa Dağlıq Qarabağı tanımır".

Mia.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. 
Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə qeyd edilib ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayyət etməyə məcbur deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistan işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alfortvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA