Tbilisidə 3 terrorçu məhv edildi, DTX-nın 1 əməkdaşı həlak oldu, 2-si yaralandı - Açıqlama

img

22-11-2017 [20:34]


Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

N.Giorqobianinin sözlərinə görə, əməliyyat zamanı saxlanılan və zərərsizləşdirilmiş şəxslər Gürcüstan vətəndaşları deyil: "Kriminal qrup üzvlərinin kimliyinin müəyyən olunması üçün beynəlxalq antiterror əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA