ETSN yerin təkindən qanunsuz istifadə edənləri cərimələyıb

img

30-08-2010 [11:31]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin icra vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonu Pirallahı qəsəbəsi ərazisində yerin təkindən qanunsuz istifadə etdiklərinə görə R.Əhmədov və M.Seyidov hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə olunublar. Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində yerin təkindən qanunsuz istifadə etdiyinə görə Ş.Cəbrayılov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə edilib. Abşeron rayonu Fatmai-Goradil bağları ərazisində yerin təkindən qanunsuz istifadə etdiyinə görə Ə.Məmmədov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə olunub. Sabunçu rayonu Pirşağı qəsəbəsi Xəzər sahili ərazidə yerin təkindən qanunsuz istifadə etdiklərinə görə R.İsmayılov və X.Sadıqov hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA