21-11-2017 [19:04]
Bu gün Prezident İlham Əliyev daha fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:
1. 4.3-cü bənddə "4.2.-ci bəndində” sözlərindən sonra ", koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritələrin hazırlanması ilə bağlı olduqda isə bu Qaydanın 5-1.4-cü bəndində” sözləri əlavə edilsin.
2. 4.7-ci bənddə "4.2.-ci bəndində” sözlərindən sonra ", koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritələrin hazırlanması ilə bağlı olduqda isə bu Qaydanın 5-1.4-cü bəndində” sözləri əlavə edilsin.
3. 4.10-cu bənddə "və 104-cü maddələrinə” sözləri "maddəsinə və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 3-1-ci fəslinə” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
"5-1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritənin hazırlanmasının xüsusiyyətləri
5-1.1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli ilə bağlı ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri (bundan sonra - mübahisə ilə bağlı xəritə) bu Qaydanın 5-1-ci hissəsində müəyyən olunan xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır.
5-1.2. Mübahisə ilə bağlı xəritə onun hazırlanması tapşırığı (bundan sonra - tapşırıq) verildiyi gündən 15 gün müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edilməlidir.
5-1.3. Tapşırıq daxil olduğu gündən 2 (iki) iş günü müddətində Əmlak Məsələləri Dövət Komitəsi (ƏMDK) tərəfindən koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir.
5-1.4. Mübahisə ilə bağlı xəritənin hazırlanması məqsədilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi ƏMDK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi ərazi bölməsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə ƏMDK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçirilir.
5-1.5. Mübahisə ilə bağlı xəritədə mübahisələndirilən ərazi hissəsinin sərhədləri ayrıca göstərilir.
5-1.6. Kağız üzərində hazırlanmış mübahisə ilə bağlı xəritə bu Qaydanın 5-1.4-cü bəndində göstərilən nümayəndələr, həmçinin müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçıları və tapşırıqda göstərilən digər şəxslərlə razılaşdırılır, onlar tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
5-1.7. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair ərazi vahidinin xəritəsinin hazırlanması ilə bağlı sərhədlərin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zamanı tapşırıqda göstərilən mübahisələndirilən ərazi hissəsinin sərhədlərində aşkar olunmuş uyğunsuzluqlara Bu Qaydanın 4.9-cu bəndinin tələbləri şamil edilmir.”.
5. 6.2-ci bənddə "3 (üç)” sözləri "4 (dörd)” sözləri ilə əvəz edilsin.
6. 8.5-ci bənddə "4 (dörd)” sözləri "5 (beş)” sözləri ilə əvəz edilsin.
7. 8.6-cı bəndə "xəritələrinin” sözündən sonra "bir nüsxəsi ETSN-ə,” sözləri əlavə edilsin.
8. 8.8-ci bənddə birinci halda "bəndində” sözü "və 5-1.3-cü bəndlərində” sözləri ilə əvəz edilsin.
9. Aşağıdakı məzmunda 8.9-cu bənd əlavə edilsin:
"8.9. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin, habelə mübahisə ilə bağlı xəritələrin hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi