Ermənilərin yaraladığı Ağdam sakini Nuranə Məhərovanın vəziyyəti nisbətən yaxzıdır

img

29-08-2010 [05:34]


Ermənistan hərbçilərinin Ağdamın işğal altında olan keçmiş ?Gülçülük? sovxozu istiqamətində açdığı atəş nəticəsində Ağdamın Çıraqlı kənd sakini Məhərova Nuranə Əli qızı alın nahiyyəsindən yaralanıb. Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Sakinlərin sözlərinə görə, ermənilər gün boyu işğal altındakı Cəvahirli, Baş Qərvənd və Bayramlar kəndlərindən Çıraqlını fasilələrlə atəşə məruz qoyub. Nəticədə axşam saatlarında atılan güllələrdən biri həyətdə işləyən kənd sakinini yaralayıb. Yaralının qohumu Aqil Aslanov hadisə haqda ANS TV-yə bunları söyləyib: ?Həyətdə işləyirdi, həmişəki kimi atırdılar. Gördük ki, ağaca dəyərək istiqamətini dəyişdi və baş nahiyyəsinə dəyərək yara aldı. Həmin an Nuranəni rayon xəstəxanasına apardıq. Orada ilkin yardım göstərildi. Hazırda bir az yaxşıdır. Ermənilər hər gün kəndi atəşə məruz qoyur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA