21-11-2017 [14:09]
"Bu ssenarilər qarşılığında Türkiyənin əli-qolu bağlı vəziyyətdə oturacağını gözləməsinlər”.
Bunu ölkə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Böyük Millət Məclisindəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.
"Soçidə Rusiya və İranla üçtərəfli zirvə toplantısı keçirəcəyik. Rusiya ilə qurduğumuz bu yaxın əlaqələrdən əldə etdiyimiz nəticə çox əhəmiyyətlidir. Mərkəzi İraq hökuməti ilə də əlaqələrimiz uzun zamandan bəri olmayan dərəcədə müsbət vəziyyətdədir. Şimali İraqda yanlışlıq edilməsəydi, onlarla da gözəl əlaqələrimiz olacaqdı. Almaniya, Hollandiya, Belçika kimi ölkələr əslində ən rahat əməkdaşlıq edəcəyimiz dövlətlərdir. Ancaq bir müddətdir onlar irqçilik və əcnəbi düşmənliyinin pəncəsinə keçiblər”, -deyə o, vurğulayıb.
R.T.Ərdoğan deyib ki, rəsmi Ankara ABŞ-ın bölgədə həyata keçirdiyi siyasətin yanlışlığından narahatdır və bunu dəfələrlə Vaşinqtonun diqqətə çatdırıblar: "Bunu bir daha diqqətə çatdırırıq. Onlar bölgəni İŞİD-dən təmizlədiklərini bildirirdilər. Ancaq hələ də silah dolu TIR-lar Suryaya daxil olur. Bu, niyə davam edir? Siz bu silahlanmanı hansı ölkəyə qarşı davam etdirisiz? Niyə bunu edirsiz? Bunların dərdi başqadır. Nəyin nə olduğunu bilirik. Buna uyğun olaraq, addımlar atacağıq. Bu ssenarilər qarşısından Türkiyənin əli-qolu bağlı oturacağını kimsə gözləməsin. İŞİD-in içi boş bir qurum olduğunu dünyaya göstərən Türkiyə olub”.
Türkiyə prezidenti Suriyada BMT-nin tanıdığı rəhbər Bəşər Əsədlə bağlı da danışıb: "Əsəd hələ də yerli yerində oturub. Demokratik tələblərlə çıxış edən müxalifət onu terrorçu adlandırır. Çox söz söylənilib, çoxlu toplantılar keçirilib, ancaq Suriyada bir nəticə ortaya qoyulmayıb”.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi