Səbail rayon icra Hakimiyyətinin məktəblilər üçün Qubada təzkil etdiyi yay istirahəti baza çatıb

img

28-08-2010 [04:10]


Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar qəsəbəsində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin ?SOS-Azərbaycan? uşaq kəndində, 3 saylı Uşaq evində və Quba rayonu Zərdabi adına Xüsusi İnternat məktəbdə tərbiyə alan 170 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu ödənişçiz ?Şahinlər? yay istirahət düşərgəsində 15 gün ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatıb. Səbail və Quba rayon İcra Hakimiyyətləri və Daxili Qoşunlar tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Azərbaycanın Milli Qəhrəmanlarına, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 5?ci dəfə təşkil olunan ?Şahinlər? düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı edib. Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir. Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ?Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir?, ?Dağlıq Qarabağ problemi və müasir dünya? mövzularında məşğələlər, Fizuli və Qubadlı rayonlarının işğalının ildönümü günlərində döyüşlərdə həlak olmuş soydaşlarımızın anma mərasimləri keçirilmiş, hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunmuşdur. İstirahət günlərində məktəblilər və düşərgənin qonaqları Daxili Qoşunların Quba şəhərində yerləşən ?N? saylı hərbi hissəsinin yaradılmasının 18-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirdə və hərbiçilərlə yanaşı nümunəvi çıxışlarda və hərbi keçiddə iştirak etmiş, hərbiçilərlə birgə bayram süfrəsinin qonağı olmuşlar. Düşərgənin bağlanışı ilə əlqadır təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov və Quba rayon İcra Hakimiyyətinin Başçısı Rauf Həbibov, həmçinin DİN Daxili Qoşunların nümayəndələri və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır. Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA