Bakıda köhnə dəyirman çöküb

img

28-08-2010 [02:40]


Bu gün Bakının Xətai rayonunda yerləşən köhnə dəyirman binası çöküb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zığ Şosesində yerləşən H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Birliyinin ərazisində yerləşən H.Z.Tağıyev adına dəyirman çöküb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gedərək xilasetmə tədbirlərinə başlayıblar. Dağıntılar altında qalanın olub-olmaması hələlik dəqiq bilinmir. FHN-dən verilən məlumata görə, dəyirman son illər fəaliyyət göstərməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA