TürkPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzahidə etmək niyyətindədir

img

28-08-2010 [02:14]


Türkdilli Ölkələrin Parlament Assambleyası noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək niyyətindədir. Bu barədə TürkPA-nın baş katibi Ramil Həsənov məlumat verib. R.Həsənov bildirib ki, məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət olunub. O, Azərbaycan tərəfinin bu təşəbbüsə müsbət münasibət göstərəcəyinə əmin olduğunu deyib. Baş katibin sözlərinə görə, bu barədə məsələ dəqiqləşəndən sonra TürkPA-ya daxil olan dövlətlərin nümayəndələrindən ibarət missiya Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA