17-11-2017 [22:20]
"Açığı, hiss olunudu ki, tonusdan düşmüşdük. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacları var idi. Futbolçulara faydalı oyun oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Komandamı təbrik edirəm”.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Komandada qırmızı vərəqələrin sayı çoxalıb. Bu, nə ilə bağlıdır?
- Elə bir səbəbi yoxdur. Futbol mübarizə oyunudursa, burda mütləq belə hallar olacaq. Elə olub ki, qırmızılıq hərəkət olmayıb, hakim verib. Mən yenə də futbolçularda səhv axtarıram. İnşallah, bunda da xeyir var. Oyunçular daha diqqətli olurlar. Belə hallara hazır olmalıyıq. Bəzən məşqdə də bunların üzərində çalışırıq, qırmızı vərəqə olsa, hansı dəyişikliyi edək. Açığı, qapıçının qırmızı vərəqəsini gözləmirdik.
- Anton Kanibolotskiyə çox şans vermirsiniz. Qışda onunla yollarınızı ayırmağı düşünmürsünüz?
- Yollarımızı ayırmağı düşünmürük. Düzdür, ona elə də çox oyunda şans vermədik. 3 qapıçının olması mənim üçün vacibdir. Kanibolotsini digərlərindən zəif saymıram. Qapı xətti elədir ki, çalışmalıyıq ki, orda dayanan oyunçunun oyun təcrübəsi olsun.
- Millinin baş məşqçisi olduğunuz üçün artıq rəqib komandanın da oyununu diqqətlə izləmək məcburiyyətindəsiniz. Bu, sizə çətinlik yaratmayacaq?
- Xeyr. Rəqiblərin oyunçularını da tanıyıram. Lazım olduqca gedib kənardan izləyəcəyik. Hər biri tanışdır. Amma yenə də izləmək lazımdır.
- Məşqçilərdən biri deyib ki, klubun inkişafı üçün ən azı mövsümdə 60 oyun keçirməlidir. "Qarabağ”ın çox oyun keçirməsinin uğurlu çıxışında rolu varmı?
- Bu, hamıya bəllidir. Nə qədər çox oyun keçirsə, futbolçu daha dözümlü olar. Baxır 60 oyunu necə keçirirsən. Bəzən 40-50 matç da olar. Oyun sayını artırmaq olar, amma keyfiyyətə daha çox üstünlük vermək lazımdır. 40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdır.
- "Çelsi” ilə görüşdən nə gözləmək olar?
- Hər şey. Rəqib, qarşısına qoyulan məqsədi bəllidir. Futbolçulara inam verməliyik ki, bu komandaya qarşı mübarizə aparmaq olar. Azarkeşlər də inansınlar ki, yaxşı mübarizə olacaq. Ən azı buna söz verirəm. Hətta məğlub olsaq da, azarkeşlərin mübarizədən razı qalmalarına çalışacağıq. Bir neçə günümüz var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. "Çelsi” fərqli sistemdə oynayır/Qol.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi