8 ayda təqribən 40 min evləndi, 10 min boşandı - Azərbaycanda

img

16-11-2017 [23:27]


Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb.

Mia.az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah, 9787 boşanma halı qeydə alınmışdı.

Həmin müddətdə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 qeyd olunub.

2017-ci ilin 7 ayı ərzində isə bu göstərici 32864 nikah və 8,532 boşanma olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA