16-11-2017 [20:05]
Son bir həftə ərzində bölgədə seysmoloji aktivlik müşahidə edilir. Belə ki, noyabr ayının 12-də İran-İraq sərhədində baş verən 7,3 bal gücündəki zəlzələ nəticəsində böyük şəhərlərdəki yaşayış məskənləri yerlə yeksan olub. 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Zəlzələ İranla Azərbaycan sərhəddində olan Azərbaycan rayonlarında, Naxçıvan Muxtar Respublikasında hiss edilib.
Ötən gecə yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Mia.az xəbər verir ki, regionda yaşanan seysmoloji aktivliklə bağlı metbuat.az-a açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev zələlərə hər dəqiqə hazırlıqlı olmağın vacibliyini bildirib: "Zəlzələri qabaqcadan bilmək yox, qanunauyğunluğu tutmaq mümkündür. Yer kürəsində 3 istiqamətdə zəlzələ zonası var. Şimali Amerikadan başlamış Cənubi Amerika, Kuril adalarından başlamış İndoneziya və bizim regionun yerləşdiyi – Alp dağlarından İndoneziyaya qədər olan 3 seysmik zona mövcuddur. Yerin oynaq hissəsinə düşdüyünə görə, bu ərazilərdə müxtəlif vaxtlarda zəlzələr qeydə alınır. Alp dağlarından tutmuş, Qafqaz dağlarından Himalay dağlarına kimi olan ərazidə yerləşən ölkələrdə - Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Avropa ölkələrində zəlzələ ehtimalı var. Lakin onun vaxtını heç kim öncədən deyə bilməz. Sadəcə, buna hazırlıqlı olmalıyıq”.
Seysmoloq zəlzələlərə necə hazırlıqlı olmaq haqqında da danışıb:
"Seysmik zonada tikilən bütün yaşayış infrastrukturlarında diqqətli olmaq lazımdır. Bizim ərazimizdə tikilən evlər, yollar, körpülər, məscidlərin tikintisini aparan şirkətlər bilməlidir ki, bura 7, 8, hətta 9 ballıq zəlzələ zonasıdır. Tikinti işləri bu istiqamətdə aparılmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi