16-11-2017 [17:01]
U-21 yığmamızın baş məşqçi əvəzi Samir Ələkbərov Samir Ələkbərov Sport24.az saytına müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Elxan Məmmədov bugünkü müsahibəsində sizinlə görüşəcəyini bildirib. Maraqlıdı, AFFA-nın baş katibi ilə müzakirə mövzunuz nələr oldu?
- Əvvəlcədən də bildirilmişdi ki, məni 3 oyunluq baş məşqçi əvəzi təyin ediblər. Anlaşmamız başa çatdı və tutduğum vəzifəylə vidalaşdım. Bu görüşün baş tutması, məni dinlədiyinə görə Elxan müəllimə təşəkkürümü bildirirəm. Baş katib U-21 yığmasına başçılıq etdiyim dövrlə bağlı şifahi hesabatımı dinlədi.
- Dünənki müsahibənizdə işinizə kənardan müdaxilələr edildiyini bildirmisiniz. Yəqin ki, baş katibə bu barədə də məlumat verdiniz...
- Verdiyim müsahibə bir qədər düzgün anlaşılmaya da bilər. Bəzi insanlar elə düşündü ki, mənə hansısa bir futbolçunu AFFA-nın rəhbər şəxsləri, o cümlədən Elxan Məmmədov tövsiyə edib. Bugünkü görüşədək baş katiblə cəmi bir dəfə söhbətim olub, o da U-21 yığmasına 3 oyunluq təyinatımla bağlı. Milliyə dəvət olunacaq futbolçuların siyahısını da özüm tərtib etmişəm. Təəssüf ki, 3 oyunla bağlı verilən tapşırıqları yerinə yetirə bilmədim.
- Qarşınıza konkret hansı vəzifə qoyulmuşdu?
- Məqsəd Almaniya ilə hər 2 matçda məzmunlu oyun göstərib, layiqli nəticə əldə etmək, Kosovo yığmasına isə qalib gəlmək idi.
- Yenə də tapşırıqla yığmaya futbolçu cəlb olunmasını istəyən adamlara qayıdaq...
- Məsələ burasındadı ki, ad çəkməsəm, şübhələr bu işə qol qoymayan insanların da üzərinə yönələ bilər. Üstəlik, kənardan belə görünə bilər ki, Samir Ələkbərov bu sözləri özündən uydurub. Məhz buna görə də baş katibə də adları açıqladım, sizə də deyirəm. Özü də adamı yandıran odur ki, özümə yaxın bildiyim futbol adamları bu işə qol qoymuşdular. Söhbət İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gedir.
- Maraqlıdı, söhbət konkret hansı futbolçudan gedirdi?
- Valeh Seyidov adlı (Portuqaliyanın 3-cü liqasında çıxış edən "Louletano”nun hücumçusu, "Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun oğlu – müəl. ) 21 yaşlı futbolçu var. U-20 yığmasının toplanışlarından birinə onu dəvət etmişdim və səviyyəsinə bələd idim. İsrarla Valehi heç olmasa baxışa dəvət etməyimi istəyirdilər. Lakin rəsmi oyuna kimisə baxışa dəvət etməzlər. Mən də bu təkidlərə baxmayaraq elə səviyyədə futbolçuları cəlb etməyəcəyimi bildirdim. O, bizə kömək edə biləcək oyunçu deyil. Hətta ümumi tanışlar vasitəsilə də Seyidovun heyətə cəlb edilməsi üçün səy göstərdilər. Nəyə görə məhz bu futbolçunu yığmaya gətizdirmək istədikləri mənim üçün qaranlıq qalırdı. Eyni adamla bağlı müxtəlif insanların inadkarlıq göstərməsi istər-istəməz məni çox əsəbiləşdirirdi. Özü də Seyidovu məndən əvvəl işləyən məşqçilər də tanısalar da, yığmaya cəlb etməyiblər. Yəni burada mənim hansısa kaprizimdən söhbət getmir.
- Yalnız Valeh Seyidov təklif olunurdu?
- Futbol sahəsində çalışmayan, bu idman növünü dərindən bilməyən müxtəlif insanlar da öz fikirlərini bildirir, kimlərisə tövsiyə edirdilər, hansısa valideynlərdə də nömrəmi tapıb övladlarını məsləhət görürdülər. Ancaq sırf futbol adamlarına gəlincə, adlarını çəkdiyim hər 3 nəfər eyni – Valeh Seyidovu nişan verirdilər. Ancaq mən onların sözünə qulaq asmadım, öz seçimimi etdim.
- Bəs, köməkçiləriniz olmuş Aslan Kərimov və Cahangir Həsənzadəylə bağlı söhbətiniz oldumu?
- Xeyr. Dialoqumuz çox uzun sürmədi. Yalnız onu deyə bilərəm ki, Elxan müəllim Aslan Kərimovla görüşəcəyini bildirdi.
- U-21 epopeyanız başa çatdı. Samir Ələkbərobun yaxın gələcəyi necə olacaq?
- Futboldan heç yana getmirəm. Əvvəlki iş yerim olan "Mançester Yunayted” futbol məktəbinə qayıdıram. Əsas odur ki, sevimli peşəmdən uzaqlaşmıram.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi