Hacıbala Abutalıbovun səhhəti haqda açıqlama: "Hazırda Hacıbala müəllim öz otağındadır..."

img

16-11-2017 [11:03]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhəti ilə bağlı Almaniyaya aparılması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a BŞİH başçısının müavin köməkçisi Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Məlumatda qeyd edilib ki, mer hazırda işinin başındadır: "Hazırda Hacıbala müəllim öz otağındadır. Səhhəti də yaxşıdır”.

Qeyd edək ki, ötən gecə Bakı meri Hacıbala Abutalıbovu ağır vəziyyətdə Almaniyaya aparılması barədə şayiə yayılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA