Təcili yardım maşını iki məktəbli qızı vurdu - Bakıda

img

16-11-2017 [09:05]


Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az "Report"a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub.

Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib.

Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA