BŞİH hüquqşünasların mitinqlə bağlı müraciətinə “yox” dedi

img

15-11-2017 [23:35]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hüquqşünasların noyabrın 18-nə "Məhsul” stadionuna təyin etdikləri mitinqin keçirilməsinə razılıq verməyib.

Mia.az xəbər verir ki, bu haqda "Basta”ya aksiyanın təşkilatçılarından biri, Praktik Hüquqşünaslar Qrupunun (PHQ) üzvü Samirə Ağayeva məlumat verib.

Qeyd edək ki, PHQ Azərbaycan məhkəmələrində nümayəndəlik institutunun məhdudlaşdırılmasına etiraz olaraq mitinq keçirmək niyyətində idi. BŞİH-in cavab məktubunda qeyd edilir ki, İlham Əliyev artıq müvafiq qanunu təsdiqlədiyi üçün və müraciətdə iştirakçıların sayı dəqiq göstərilmədiyindən aksiyanın keçirilməsi "məqsədəuyğun sayılmır”.

BŞİH-in qərarı təəccüblə qarşılanıb, çünki bundan əvvəl "Məhsul” stadionunda müxalifətin mitinqlərinin keçirilməsinə razılıq verilib. Hüquqşünasların müraciətinə "yox” cavabının verilməsini Samirə Ağayeva hakimiyyətin qorxusu ilə əlaqələndirib.

"Çünki bizim tələblərimiz konkretdi və sosial bir qrupun tələbidir. Bundan isə hakimiyyət qorxur”,- Samirə Ağayeva bildirib.

bsihin mektubu



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA