Prezident yeni təşkilat komitəsi yaratdı - Məmurlara yeni vəzifə verildi

img

15-11-2017 [19:04]


Prezident İlham Əliyev velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.

Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, "Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaq.
Dövlət başçısı 2018-ci ildə velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubo - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov
Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov
Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov
Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev
Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov
Azərbaycan Respublikasının təhsil naziri
Aydın Əliyev
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Firudin Nəbiyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA