Nazir müavinindən ABŞ-ın qalmaqallı xəbərdarlığına - Reaksiya

img

15-11-2017 [16:56]


Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirib.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, E. Ağayev deyib ki, bu, ABŞ Dövlət Departamentinin öz seçimidir.

"Hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar. Dünyada elə bir əməliyyat yoxdur ki, Azərbaycanda həyata keçirilməsin. Bu gün Azərbaycanda özəl tibb müəssisələrinin də sayı artmaqdadır. Azərbaycanda bu gün 875 özəl tibb müəssisəsi, 2300-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir”, - deyə nazir müavini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA