Nazirlikdə yüksək vəzifəli üç məmur işdən çıxarıldı - Yeni nazirdən təyinatlar(Yenilənib)

img

15-11-2017 [16:25]


Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

Nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.

Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb. Hələlik onların yerinə təyinat aparılmayıb. Hər üç şəxsin vəzifədən azad edilməsi P.Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir(apa).

*** 

Nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib. Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə həvalə olunub. Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA