Hüseyn Bağırov: Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir

img

27-08-2010 [01:52]


?Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində ciddi işlər görülür və bu işlər davamlıdır, öz nəticələrini artıq göstərməkdədir. Ötən müddət ərzində Azərbaycan Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş ?Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair?, ?Meşələrin bərpa edilməsi və artırılmasına dair?, ?Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı? və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilmişdir?. Bu fikirləri YAP-ın rəsmi saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. H.Bağırov bildirib ki, dövlət başçısının sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006?2010?cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ekoloji problemi olan bölgələrin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilir. ?Ölkədə qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq müasir ekoloji monitorinq sistemi yaradılmış, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində, o cümlədən ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat labaratoriyaları təşkil edilmişdir. Milli Hidrometeorologiya xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometeoroloji müşahidə şəbəkəsi modernləşdirilmış, proqnoz sistemi müasir telekommunikasiya və informasiya texnologiyaları ilə təmin olunmuşdur? deyə nazir vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA