Ramil Usubov daha bir polkovniklə bağlı əmr verdi - Xanım rəis təqaüdə göndərildi

img

15-11-2017 [15:11]


Daxili işlər naziri, general Ramil Usubov daha bir polkovniki təqaüdə göndərib.

Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mühasibatlıq Şöbəsinin rəisi, polis polkovniki İlqarə Məhərrəmova vəzifəsindən çıxarılıb. O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələ ki, yerinə təyinat yoxdur.

Qeyd edək ki, həmin İdarənin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov da təqaüdə göndərilib.
"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA