"Xahiş etmirik, konkret danışıqlar tələb edirik" - Elmar Məmmədyarovdan sərt açıqlama

img

15-11-2017 [14:16]


"Rusiyanın xarici işlər naziri başçısı Sergey Lavrov ilə danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Braziliya XİN başçısı Aloiziu Nunes Ferreyra ilə görüşdən sonra jurnalistlərə deyib.

"Danışıqların danışıqlar xatirinə keçirilməsini yox, konkretliyin olmasını istəyirik. Moskvaya prosesin artıq "ölü nöqtə"dən tərpənməsi və münaqişənin həllini vaxtını yetişdiyi tələbi ilə gedirəm. Məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar, regionda sülh olmalıdır", - nazir bildirib.

E.Məmmədyarov bütün prinsiplərin masada olduğunu, danışıqların yenilənmiş Madrid prinsipləri əsasında davam etdirildiyini bildirib.

"Üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi sabah bəlli olacaq", - XİN başçısı vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA