Nəqliyyat Nazirliyi əməkdazlarının 90 manatlıq ?reyd?i

img

27-08-2010 [01:01]


Nəqliyyat Nazirliyinin əməkdaşlarının sürücülərə qarşı qanunsuz əməlləri davam edir. Bu dəfə Xaçmazdan Bakıya gələn sürücülər nazirliyin əməkdaşları tərəfindən saxlanılaraq sənədləri alınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, Nəqliyyat Nazirliyi Avtonəqliyyatservis departamentinin əməkdaşları Bakıya gələn avtomobilləri qanunsuz saxlayaraq sənədlərini alıb: ?Xaçmazdan Bakıya qayıdan bir neçə avtomobili saxlayıblar ki, avtomobildə yük aparırsan. Halbuki bu adamlar rayondan şəhərə qayıdarkən xırda əşyalarını gətirirlər. Amma departamentin əməkdaşları bunu bəhanə gətirərək sənədləri alıblar. İndii həmin sürücülər Nəqliyyat Nazirliyi Avtonəqliyyatservis departamentinə gəliblər. Sənədləri geri almaq üçün isə hər birindən qanunsuz olaraq 90 manat alırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA