Daxili izlər Nazirliyi seçkilərlə bağlı gücləndirilmiz iz rejimində izləyəcək

img

27-08-2010 [12:20]


Bu gün Dairə Seçki Komissiyası sədrlərinin ixtisasartırma kursunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov parlament seçkilərinin demokratik, şəffaf keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edib. O.Zalovun sözlərinə görə, Daxili İşlər Nazirliyi seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlayıb. "Plana görə, noyabrın 5-9-dək polis xüsusi gücləndirilmiş iş rejimində işləyəcək. ?Exit-poll?un keçirilməsinə əsassız müdaxilələrin qarşısının alınması, ayıq-sayıqlığın artırılması, ictimai asayişin qorunması üçün polislər gücləndirilmiş rejimdə çalışacaqlar". Nazir müavini deyib ki, seçki prosesi zamanı DSK-lar, seçki məntəqələri mühafizəyə götürüləcək, namizədlərlə görüş keçiriləcək binaların aidiyyəti qurumlarla müayinəsi aparılacaq, xarici müşahidəçilərin təhlükəsizliyi təmin olunacaq, ictimai yerlərdə, küçələrdə nəzarət gücləndirilməsi üçün polis post-patrul dəstələrinin sayı artırılacaq. O.Zalov bildirib ki, noyabrın 6-dək 18 yaşı tamam olmuş şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi işinə ciddi nəzarət olunacaq və onlar şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Nazir müavini onu da deyib ki, kütləvi aksiyalar nəzərdə tutulmuş ərazilərdə, icazə verilən hallarda keçirilməlidir. Polis icazə verilməyən yerlərdə aksiyaların keçirilməsinə imkan verməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA