Birinci vitse-prezidentin yeni köməkçisi təyin edildi - Sərəncam

img

14-11-2017 [14:16]


Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. Belə ki, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub. Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.

Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov

Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov

Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA