Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüzüb

img

27-08-2010 [11:26]


Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüşüb. Görüşdə nazir BMT-nin ölkəmizlə sıx əməkdaşlığını vurğulayıb. Nazir F.Akçuranı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edərək, işində uğurlar arzulayıb, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əmin olduğunu bildirib. Nazir ölkədə aparılan uğurlu məhkəmə-hüquq islahatı, o cümlədən hakimlərin Avropada ən mütərəqqi üsullarla seçimi və tədrisi, habelə penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə BMT-nin iştirakını yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA