13-11-2017 [10:52]
Gələn ildən dizellə işləyən maşınların ölkəyə gətirilməsinə icazə verilməyəcək.
Mia.az Insider.az-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərdə nəzərdə tutulub.
Belə ki, layihədə istifadə müddəti bir ildən artıq olan dizelli maşınların Azərbaycana gətirilməsinə qadağa qoyulması nəzərdə tutulub. Təzə maşınları gətirərkən isə onlara tətbiq edilən aksiz vergisi 2 dəfə artırılacaq.
Yeni dəyişikliklər layihəsinə görə, ölkəyə gətirilən digər avtomobillərə tətbiq edilən aksiz vergisinin də artırılması planlaşdırılır. Belə ki, istifadə müddəti 1 ilədək olan maşınların vergisi 50%, 1 ildən 5-dək olan maşınların 70% artırılacaq. 5 ildən artıq istifadə edilən maşınlara tətbiq edilən aksiz vergisi isə 2 dəfə yüksələcək.
Məsələni şərh edən vergi ekspert Vəli Əliyev bildirib ki, maşınlara tətbiq edilən aksiz vergisinin həcminin artırılması onların, xüsusilə, dizelləişləyən maşınların qiymətinin bahalaşmasına səbəb olacaq:
"Məsələn, kiçik həcmli maşınlarda aksiz vergisinin məbləği 400 manat idisə, əyişikliklərdən sonra 800 manata qalxa bilər. Üstəlik, onlara əlavə dəyər vergisi də tətbiq edilir. Bu halda ölkəyə gətirilən avtomibillərə görə ödənilən verginin həcmikifayət qədər atracaq. Bu isə maşınların satış qiymətinin bahalaşmasna gətirib çıxaracaq”.
Ekspert maşın istehsal edilməyən ölkədə vergilərin bu formada artırılmasının doğru addım olmadığını vurğulayıb.
Xatırladaq ki, Vergi Məcəlləsinin 190.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir. Minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz vergisi hazırda aşağıdakı qaydada tətbiq edilir:
Vergitutma obyektinin adı
Minik avtomobilləri:
- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda: Aksizin dərəcəsi - Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 20 manat
- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda: 400 manat mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda: 3400 manat mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda: 1 400 manat mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda: 31 400 manat mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi