Payız tətili nə vaxtdır? - Nazirlik açıqladı

img

13-11-2017 [10:49]


Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib.

Mia.az modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA