Azərbaycan yeni “Boeing”lər alacaq - Milyardlıq saziş imzalandı

img

12-11-2017 [22:19]


"Rockvell Collins International” şirkəti "Azərbaycan Hava Yolları”nın (AZAL) yeni "Boyinq 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq saziş "Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və "Rockwell Collins International” şirkətinin baş vitse-prezidenti Kolin Mahoni tərəfindən ən böyük aerokosmik beynəlxalq sərgi "Dubai Airshow 2017” çərçivəsində imzalanıb.

Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə girişi təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boyinq" Korporasiyası 10 "Boyinq 737 MAX” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar. 

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olacaq. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonunda, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

"737 MAX” təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunub ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da "737 MAX” təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı istismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA