Türkiyənin ABŞ-dakı səfirliyi Gülənin qaçırılma iddiası ilə bağlı xüsusi bəyanat yaydı: "Belə bir adam niyə qorunur?"

img

12-11-2017 [16:10]


Türkiyənin Vaşinqtondakı səfirliyi terrorçu Fətullah Gülənin ABŞ-dan qaçırılaraq Türkiyəyə gətirilməsi iddiası ilə bağlı xüsusi bəyanat yayıb.

Mia.az TRT-yə istinadən xəbər verir ki, Amerika mətbuatında yayıan bu iddianı yalan və güünc adlandırıb: "Biz Amerikanın müvafiq qurumları ilə Gülənin Türkiyəyə təhvil verilməsi məqsədi ilə hüququ müzakirələrimizi davam etdiririk. Bundan başqa yayılan bütün iddialar əsassız, gülünc və hüququn təmə prinsipərinə ziddir".

Səfirlik bəyanatında Gülənin 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdə ittiham olunduğunu xatırladaraq, türk xalqının belə bir cinayətkar şəxsin ABŞ-da qorunmasından narahat olduqlarını da bildirib: "Bütün cinayətlərin arxasında Gülən dayanır. Türk xalqı belə bir şəxs hələ də ABŞ-da necə sığınacaq tapıb, qorunduğundan narahatdır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA