Rusiyanın “Şimal Axını-2” qaz xəttinin Avropaya çəkilişinə qadağa - Avropa İttifaqı rəsmən hərəkətə keçdi

img

12-11-2017 [12:27]


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Aİ ölkələrini Rusiyanın "Qazprom” şirkətinin "Şimal Axını-2” qaz kəməri layihəsinin qarşısını almaq üçün  tezliklə qanunlar hazırlamağa çağırıb.

APA-nın "Polşa radiosu”na istinadən verdiyi məlumata görə, D. Tusk bununla bağlı Aİ ölkələrinin liderlərinə məktub ünvanlayıb.

Hələ Aİ liderlərinin hamısı bu məktubu almadığı üçün məktub dərc edilməyib.

Məktubun məzmunu belədir ki, Aİ ölkələri sürətlə Avropa Komissiyasının bir neçə gün əvvəl qaz təlimatına dəyişikliklə bağlı təklif etdiyi layihə diqqət yetirsinlər. Yeni qayda dənizin dibindən keçməklə çəkilən kəmərlər də daxil olmaqla, qız ixracı üçün nəzərdə tutulan bütün kəmərləri əhatə edir.

Qeyd edək ki, "Şimal Axını-2” Rusiya qazının Baltik dənizindən çəkiləcək kəmər və Almaniya üzərindən Avropaya ixracını nəzərdə tutur. Bu layihə gerçəkləşəcəyi halda Ukrayna Rusiya qazının Avropaya ixracında əsas tranzit ölkə statusunu itirəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA