Yağış yağacaq - Sabahın hava proqnozu

img

12-11-2017 [12:16]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, cənub küləyi əsəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq. 
 
Noyabrın 13-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA