ZQAN Holdinqin qarzısında aksiya keçirən sahibkarlar polisə aparıldı

img

26-08-2010 [02:27]


Avqustun 26-da bir qrup sahibkar ZQAN holdinqin binası qarşısından Nəsimi rayon polis idarəsinin 21-ci bölməsinə aparılıb. Polis böləsində olan sahibkarlardan biri Hüseynağa Quliyevin AzadlıqRadiosuna dediyinə görə, bir neçə sahibkar iki gün əvvəl ünvanladıqları müraciətlə bağlı ZQAN Holdinqdə olublar. Onlar Metronun ?28 May? stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində kösklərinin əllərindən alınmasının və indiyə qədər qaytarılmamasının səbələrinə nə vaxt cavab veriləcəyini öyrənmək istəyiblər. Amma az keçməmiş Nəsimi rayon polisləri onları Holdinqin binası qarşısından birbaşa 21-ci bölməyə aparıblar. Sahibkar Hüseynağa Quliyevin sözlərinə görə, onlara polis bölməsində deyilib ki, güya ZQAN Holdinqə hücüm ediblər. Amma qısa araşdırmalardan məlumat təsdiqini tapmayıb və onlar sərbəst buraxılıb. İndiyə qədər sahibkarlar ticarət köşklərinin onlara qaytarılması tələbi ilə ZQAN Holdinqin qarşısında bir neçə dəfə aksiya keçiriblər. Hər dəfə də sahibkarlar Nəsimi rayonunun 21-ci polis bölməsinə aparılıbalr. Sahibkarlar iddia edirlər ki, metronun 28 may stansiyasıda yeraltı ticarət mərkəzində onlara məxsus olan mağazaları ?ZQAN? Holdinq əllərindən alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA