Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində tədbirlər görülür

img

26-08-2010 [01:58]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən telekommunikasiya peykinin orbitə çıxarılması üçün raketdaşıyıcı şirkətlərin müəyyən olunması ilə bağlı müvafiq işlər aparılmış və bu sahədə dünyanın tanınmış ?İLS?, ?Arianespace?, ?SpaceX? və ?Ukroboronservis? şirkətləri öz təkliflərini təqdim etmişlər. Hazırda təkliflərin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. RİTN-dən verilən məlumata görə, ilk milli telekommunikasiya peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və mərkəzləşdirilməsi məqsədi ilə nazirlikdə işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən dünyada peyk sahəsində tanınmış şirkət və peyk operatorlarının nümayəndələri ilə görüşlər keçirilmiş və Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində müzakirələr aparılmışdır. Bu şirkətlər sırasında Azərbaycanın maraqları üçün daha əlverişli və konstruktiv mövqe Malayziyanın ?Measat? şirkəti tərəfindən təklif edilmişdi. 2008-ci ildən etibarən RİTN ilə ?Measat? şirkəti arasında danışıqlara başlanılmış və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Malayziyaya ayrılmış 46Ş.U orbital mövqedən birgə istifadə ilə bağlı razılıq əldə edilmişdir. Cari ilin may ayında ?Measat? şirkəti ilə orbital mövqedən istifadə ilə bağlı müqavilə imzalanmışdır. Bundan əlavə, BTİ ilə aparılan işlərin nəticəsi olaraq planlı zolaqda ölkəmizi və qonşu ölkələri əhatə etmək şərtilə 23.2 Ş.U və 95.9 Ş.U orbital mövqeləri Azərbaycan Respublikasına ayrılmışdır. Bununla belə, telekommunikasiya peykinin Avropa və Asiya ölkələrini də əhatə etməsi üçün plandan kənar zolaqda 43.2 Ş.U, 58.5 Ş.U və 95.9 Ş.U orbital mövqelərinin ayrılması ilə bağlı BTİ-yə müraciət edilmiş və bu istiqamətdə də mövcud prosedur qaydalara uyğun olaraq BTİ tərəfindən müəyyən edilmiş ölkələrlə əlaqələndirmə işləri həyata keçirilir. Layihənin həyata keçirilməsi respublikamızda kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə tələbatının təmin edilməsi, bölgələrdə əhalinin teleradio yayımına artan tələbatının ödənilməsi, ölkənin beynəlxalq rabitə kanallarının sayının artırılması ilə dayanıqlı alternativliyin yerinə yetirilməsi, internetin inkişafı, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi və s. istiqamətlərdə geniş imkanlar açacaq, eyni zamanda digər ölkələrə peyk rabitəsi xidməti göstərəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA