Ərdoğandan Səudiyyəli vəliəhdə cavab: "Xeyr, bu, sənə aid deyil!"

img

11-11-2017 [00:37]


"İslamın mülayimi, sərti yoxdur. İslam təkdir”.

Bunu Gənc Qadın Liderlər konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Mülayim islam anlayışının patenti Qərbə aiddir. O ifadədən istifadə edən şəxs bunun özünə aid olduğunu düşünə bilər. Xeyr, bu, sənə aid deyil! 15 il öncə Avropa Birliyi ölkələrinə səfər edəndə məndən "mülayim islamı” soruşmuşdular. İslamın mülayimi, sərti olmaz. İslam təkdir. Heç kim islamı zəifliyin içinə çəkməyə cəhd etməsin. İslamı zəiflətmək istəyirlər. Qərbin söylədikləri ilə biz dinimizi öyrənmədik və öyrənmirik”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkədə reformlara başlayacağını bildirib. O, ölkəsinin yenidən mülayim islama geri dönəcəyini və ifratçılığın yox ediləcəyini söyləyib/Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA