Binəqədidə 16 mərtəbəli binada yanğın: bir neçə azyaşlı xilas edilib, zəhərlənənlər var + FOTO

img

10-11-2017 [22:26]


Bakının Binəqədi rayonunda yanğın baş verib.

"Report” xəbər verir ki, 7-ci mikrorayon ərazisində yerləşən F.Məlikov küçəsindəki 16 mərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb. Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. 

***

Bakının Binəqədi rayonunda yerləşən yeni tikilidə baş vermiş yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.

"Report” xəbər verir ki, onlara hadisə yerində tibbi yardım göstərilib. Bir azyaşlı uşaq isə Toksikologiya şöbəsinə aparılıb.

Hadisə 16 mərtəbəli binanın birinci blokunda qeydə alınıb. Elektrik qəfəsinin yanması nəticəsində tüstülənmə baş verib. Bu səbəbdən birinci blokda olan mənzillərin sakinləri təxliyyə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA