10-11-2017 [11:15]
Professor Qulu Məhərrəmli və millət vəkili Fazil Mustafa "GünazTV” internet kanalında yayımlanan "Mətbuat aynasında” verilişində Bayraq Bayramı ilə bağlı çıxış ediblər.
Çıxışçılar verilişdə bayramın əhəmiyyətindən danışıblar. Professor Q. Məhərrəmli verilişin linkini öz feysbuk statusunda paylaşıb. Statusa şərh yazanlar, o cümlədən bəstəkar Cavanşir Quliyev deputat F. Mustafanı tənqid edib.
C.Quliyev bildirib ki, F. Mustafa Üzeyir Hacıbəylinin yaratdığı gözəl himni sevmir və bunu açıq bəyan edir: "1992- ci ildə himn qəbul olunarkən o da hökumətdə idi və susdu”.
F.Mustafanın tənqidlərə reaksiyası sərt olub: "Qulu Məhərrəmli bizim bayraqla bağlı Günaz.tv də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla bir qrup geri zəkalı, fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da bir arpa boyu ağıllanmayıblar.
Mənim himn də, bayraq da daxil olmaqla istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.
Bəstəkar isə deputatın bu cür reaksiyasından hiddətlənib: "Sənin xuliqanlığına cavab verməyəcəm, Fazil. O ki qaldı təhlilə, təftiş və təhlil olunmalı sənsən – səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin" edib? Bax, bunu təhlil et...
O ki qaldı mənim getməyimə, ay "millət vəkili", sən rahat yerindən hardan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları hardan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən! Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”.
F. Mustafa onun ittihamlarını cavabsız buraxmayıb: "Təəssüf edirəm ki, bunca müddətdə müdrikləşmək əvəzinə həqiqətən də bir cahil kimi danışırsınız. Bu cür səviyyəsiz ittihamların cavabını verəcək qədər bu millət qarşısında alnım açıqdır. Siyasət əbədi nifrət üzərində qurulmur, mümkün şərtlərdə cəmiyyətə xidmət üzərində qurulur. Ümid edirəm ki, bu cür nifrətlə köklənmiş düşüncələrin nə qədər zərərli olduğunu nə zamansa idrak edəcəksiniz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi