İraqda İŞİD-lə əlaqəli 200 azərbaycanlı qadın saxlanılıb? – Müdafiə Nazirliyindən açıqlama

img

09-11-2017 [20:15]


İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərlərə reaksiya verib.

Bu barədə RİA "Novosti" İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir",– deyə mənbə KİV-ə bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl iraqlı deputat Vian Dahil 512 rus və 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə olması şübhəsi ilə saxlanıldığnı açıqlayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA