09-11-2017 [19:46]
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə görüş keçirib.
Mia.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.
Afrika İttifaqı yanında müşahidəçi statusunda Azərbaycanın son illər ərzində təşkilatla əlaqələrinin genişlənməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycan və Afrika İttifaqı ölkələri arasında iqtisadi, təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, SSRİ dövründə Azərbaycanda təhsil almış Afrikadan olan gənclər bu gün qitə ilə Azərbaycan arasında dostluq körpüsü rolu oynayırlar.
Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, 2017-2019-cu illər üzrə isə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını vurğulayıb. O, həmçinin Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyini qeyd edərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirib.
ASAN xidmət konsepsiyası haqqında danışan Elmar Məmmədyarov Azərbaycanın bu uğurlu təcrübəni Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu və ASAN xidmətin Afrika İttifaqında təqdimatının keçirildiyini qeyd edib.
Azərbaycanın kosmik, informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərindən danışan nazir, Afrika İttifaqı ölkələrinin Azərbaycanın süni peyklərinin imkanlarından yararlana biləcəyini nəzərə çatdırıb.
Ölkəmizin Ermənistanın hərbi təcavüzü və bir milyondan artıq qaçqın və məcburi köşkün problemi ilə üzləşməsinə baxmayaraq, effektiv idarəçilik, sosial-iqtisadi və insan kapitalının inkişafı baxımdan əldə etdiyi nailiyyətlərindən danışan Elmar Məmmədyarov dayanıqlı inkişafın təməli kimi insan resurslarının inkişafı məqsədilə paytaxt Bakının "Expo2025” namizəd şəhər olduğunu bildirib.
Musa Faki Mahamat Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi əhəmiyyətin, qitə üzrə humanitar layihələri dəstəkləməsinin və beynəlxalq təşkilatların Afrika üzrə layihələrinə cəlb olunmasının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, Afrika İttifaqının da Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
.png)
.png)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi