General iki rəisin yerlərini dəyişdi - Xidmətdə dəyişiklik

img

09-11-2017 [17:05]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə və Zaqatala rayon şöbələrinə yeni rəislər təyin edilib.

Bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA