Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə aksiya keçirildi - Kiyevdə + FOTOLAR

img

09-11-2017 [13:51]


9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir məntəqəsinin təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib.

Aksiyada şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın rəmzləri, tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sonra "Şanlı bayrağımla şəkil” aksiyası reallaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA