08-11-2017 [22:44]
Noyabrın 7-də Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı.
Hətta deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olduğu bildirildi.
Məsələ ilə bağlı Modern.az-ınəməkdaşı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış Çingiz Qənizadə ilə əlaqə saxlayıb.
Deputat bildirib ki, parlamentin bir neçə komitəsinin birgə iclaslarında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılıb.
"Bu müzakirələrdə deputatlarla yanaşı, müvafiq qurumların rəhbərləri, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər vəzifəli şəxslər iştirak edib. Parlamentin bütün iclaslarında deputatların fikir ifadə etmək hüququ sərbəstdir. Bu iclaslarda hər bir deputat təhlillərinə uyğun olaraq fikir formalaşdırır. Dünən Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı. Doğrudan da Azərbaycan Milli Məclisinin deputatlarının maaşı digər dövlətlərlə müqayisədə aşağıdır. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində ölkəmizə gələn gəlirlərin azalmasını nəzərə alsaq, deputatların maaşlarının artırılması məsələsinin müzakirə olunmasını bir az real hesab etmirəm. Amma belə bir artım olacaqsa, buna sevinəcəm”.
Ç.Qənizadə deyib ki, sosial şəbəkələrdə "deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olması” fikrindən istifadə edən bəzi şəxslər bu qurumlar haqqında neqativ fikirlər formalaşdırmaq istəyirlər:
"Çox təəssüflər olsun ki, bəzi şəxslər də onların bu fikirlərinə rəy bildirirlər və paylaşırlar. Bu gün müstəqil Azərbaycanın hər bir bölgəsində təhlükəsizlik şəraitndə, azad, rahat şəkildə hərəkət edə biliriksə və olduğumuz yerdə ictimai asayiş çox yüksək şəkildə qorunursa, buna görə hüquq-mühafizə orqanlarına təşəkkür etməliyik. Eyni zamanda pozulmuş hüquq və azadlıqlarımızın qorunması üçün onlara müraciət edirik. Çünki Konstitusiya ilə hüquq və azadlıqlarımızın qorunmasının təminatı bu orqanlara tapşırılıb. Bu orqanlar da bizim hüquq və azadlıqlarımızın qorunmasına daim diqqət yetirirlər”.
Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarında çalışan şəxslərin əmək haqları barədə məlumatlı olduğunu qeyd edib:
"Hər hansı bir rayon polis rəisinin aylıq məvacibi 1000 manat civarındadır. Bu onun xidməti, yaşı və həmin orqanda nə qədər işləməsi ilə bağlı 1000-1200 manat arası dəyişə bilər. Eyni zamanda, məhkəmə hakimiyyətində olub, 17 il hakim işləyən şəxsin əmək haqqı 1450 manat civarındadır. Bildiyimiz kimi, xidmət keçmə ilə bağlı həmin şəxslərin maaşları hər 5 ildən bir 15 faiz artır.
Rayonlardakı prokurorların əmək haqqı isə əhalinin sayına görə tənzimlənir. 100-150 min əhalisi olan bir rayonda prokurorun aylıq əmək haqqı 1350 manatdır. 150 mindən çox əhalisi olan rayonlarda işləyən prokurorların əmək haqqı 1375 manatdır. Dövlətin gəlirləri çox olduğu təqdirdə bu qurumların həm sıravi, həm də rəhbər heyətinin əmək haqlarının artırılmasını arzu edərdim. Çünki biz ölkədə sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin aparılması istiqamətində uğurlu nəticələr əldə edən bu qurumların əməyinə, zəhmətinə qiymət vermədən, onlardan nəisə tələb edə bilmərik. Qeyd edim ki, hər üç hüquq-mühafizə orqanlarının yerlərdəki rəhbər nümayəndələri xidmət keçdikləri ərazilərdə yaşamaq üçün kirayə haqqı da ödəyirlər. Ümid edirəm ki, dövlət büdcəsinin gəlirləri gələcəkdə artıqdan sonra bu qurumların əməkdaşlarının əmək haqqılarının artması məqsədə uyğun olardı”.
Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.
Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.
"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi